"Real" "Barselona"nı məğlub etdi və İspaniya Superkubokunu qazandı

Kişi basketbolçuların İspaniya Superkubokunda qalib müəyyənləşib.

Həlledici görüşdə "Barselona" və "Real" üz-üzə gəlib. Birinci periodun ortalarından etibarən xal fərqini açmağa başlayan Madrid klubu sona qədər üstünlüyü əldən verməyib. Yekunda 89:79 hesabı ilə qələbə qazanan "Real" 6-cı dəfə İspaniya Superkubokunun qalibi olub.

Brendon Deyvis 23 xalla matçın ən məhsuldar oyunçusu olub. "Real"ın heyətində Fakundo Kampatso 16 xalla qarşılaşmanı tamamlayıb.


İspaniya Superkuboku

Madrid

"Real" - "Barselona" - 89:79

"Real": Kampatso (16 xal, 5 assist, 5 ribaund), Miki (10 xal, 7 ribaund), Fernandes (10 xal).

"Barselona": Deyvis (23 xal), Mirotiç (14 xal, 6 ribaund), Hiqqins, Dileyni (hər ikisi 13 xal).


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR