"Real" Eden Azarı təqdim etdi (FOTOLAR)

"Real" yeni transferi Eden Azarı ictimaiyyətə təqdim edib.

Təqdimat mərasimi "Santyaqo Bernabeu" stadionunda keçirilib. Belçikalı futbolçu Madrid klubunun formasını əyninə keçirərək onu izləmək üçün tribunalara toplaşan azarkeşləri salamlayıb. Hazırda Azarın mətbuat konfransı keçirilir.

28 yaşlı yarımmüdafiəçi təqdimat zamanı nömrəsiz formadan istifadə edib. Onun "Real"da hansı nömrə altında çıxış edəcəyi hələlik bəlli deyil.

Azarın transferi bonuslar da daxil olmaqla, 130 milyon funt dəyərində qiymətləndirilir. Keçidin baza dəyəri 88,5 milyon funtdu.
 




Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR