"Real" futbolçusunu alman klubuna icarəyə verdi

"Real"ın futbolçusu Luka Yoviç karyerasını yenidən Almaniya Bundesliqasında davam etdirəcək.

Sport7.az xəbər verir ki, serbiyalı hücumçu sabiq komandası "Ayntraxt"a icarəyə verilib. Tərəflər arasında rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı bildirilir.

Yoviç 2019-cu ildə "Real Madrid"ə məhz Frankfurt təmsilçisindən keçib. "Kral klubu" bu transfer üçün 60 milyon avro təzminat ödəyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR