"Real" İlk finalçı oldu - YENİLƏNDI

Bu gün Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gələcək.
 
Sport7.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində "Real" doğma meydanda "Bavariya" ilə qarşılaşacaq. Ötən həftə evdə ispan klubuna 1:2 hesabı ilə məğlub olan "Bavariya" finala adlamaq üçün ən azı 2 qol vurmalı, qapısını da toxunulmaz saxlamalıdı. 

Yarımfinalın digər qarşılaşması sabah "Roma" ilə "Liverpul" arasında baş tutacaq.

Çempionlar Liqası, yarımfinal, cavab oyunu

1 may

22:45. "Real” (İspaniya) – "Bavariya” (Almaniya) 2:2
(İlk oyun - 2:1)

Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarik Ongun, Hüseyin Göçek, Barış Şimşek, Mustafa Eyisoy (Türkiyə)
Madrid. "Santyaqo Bernabeu" stadionu
 
Sport7.az

Xəbər lenti