"Real" İskoya əvəzedici tapdı

"Sevilya"nın yarımmüdafiçisi Pablo Sarabiya karyerasını "Real"da davam etdirə bilər. 

Sport7.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. 

Xəbərə görə, "Real" bu addımı İskonun getmə ehtimalı olduğu üçün atmaq istəyir. 

Bununla yanaşı Madrid klubu Luka Modriçi də itirmək təhlükəsi ilə üz-üzədir. Belə ki, xorvatiyalı futbolçunun "İnter"ə keçidi gündəmdədir. 

Qeyd edək ki, Sarabiyanın "Sevilya" ilə müqaviləsi 2020-ci ilə qədərdir. Onun klubu müqaviləni yeniləmək istəmədiyi bildirilir. 
 
Sport7.az

Xəbər lenti