"Real" koronavirus testlərinin nəticəsini açıqladı

"Real” son koronavirus testlərinin nəticəsini açıqlayıb.

Sport7.az xəbər verir ki, klubda infeksiyaya yoluxma halı baş verməyib. Komandanın məşqçi və futbolçu heyəti, eyni zamanda klub işçilərindən test götürülüb, bütün cavablar neqativ çıxıb.
 
Yerli mətbuatda yarımmüdafiəçi Martin Edeqorun koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi də vurğulanıb.

İspaniya La Liqasında mövsümə "Real Sosyedad”la qolsuz bərabərə qalaraq start verən "Real” 3-cü turda sentyabrın 26-da "Betis”in qonağı olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR