"Real" Mbappeyə görə 300 milyon avro ödəməyə hazırdı

PSJ-nin hücumçusu Kilian Mbappe "Real"ın növbəti yay üçün prioritet transfer hədəfidi.

"Le Parisien"in xəbərinə görə, "Real" Mbappeyə görə 300 milyon avro ödəməyə hazırdı. "Barselona" və "Mançester Siti" forvard uğrunda mübarizəyə qoşulacağı təqdirdə, Madrid klubu 400 milyon avro da təklif edə bilər.

Mbappenin komandada qalmasını istəyən PSJ rəhbərliyi isə onun üçün yeni, daha yaxşı maliyyə şərtləri ilə diqqət çəkən müqavilə hazırlayır. Fransız futbolçu təklifi qəbul edəcəyi təqdirdə, Neymar kimi, ilinə 40 milyon avro qazanacaq.

Mbappe bütün diqqətini PSJ-dəki çıxışına yönəldib. Komandanın Çempionlar Liqasındakı nəticələri onun üçün çox önəmlidi. 20 yaşlı futbolçunun ən böyük xəyalının ÇL-i qazanmaq olduğu bildirilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR