"Real" Poqbanın alternativini tapıb

"Ayaks"ın yarımmüdafiəçisi Donni van de Bek "Real"ın maraq dairəsinə düşüb.

"Marca"nın məlumatına görə, Madrid klubu holland futbolçunu "Mançester Yunayted"dən transfer etmək istədikləri Pol Poqbanın alternativi qismində görür.

Van de Bekin keçidi 60 milyon avro dəyərində qiymətləndirilir.

22 yaşlı oyunçu "Ayaks"ın yetirməsidi. 2018-19 mövsümündə 57 matçda meydana çıxan van de Bekin aktivində 17 qol, 13 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR