"Real" Poqbaya görə üç futbolçusundan imtina etməyə hazırdı

"Real" mövsümlərarası fasilədə "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanı heyətinə qatmaq niyyətindədi.

Madrid klubu keçidi reallaşdırmaq üçün müəyyən problemlərlə üz-üzədi. İlk növbədə, "Mançester Yunayted" Poqba ilə yollarını ayırmaq istəmir. Digər tərəfdən isə "Real"ın transferi maliyyələşdirmək üçün əlavə vəsaitə ehtiyacı var. Bu baxımdan bəzi futbolçular satışa çıxarılmalıdı.

Goal.com-un xəbərinə görə, "kral klubu" Qaret Beyl, İsko və Hames Rodriqesi satmağa çalışır. Sözügedən futbolçuların transferlərindən əldə olunacaq gəlir Poqbanın keçidi üçün sərf olunacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR