"Real" Ramosla müqavilənin müddətini uzadacaq

"Real"ın futbolçusu Serxio Ramos klubla müqaviləsini uzadacaq.

Sport7.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı yazıb. 34 yaşlı müdafiəçi yayda bitəcək sözləşməsini 2023-cü ilədək yeniləyəcək. Onun illik əmək haqqı koronavirusla əlaqədar itkilər üzündən 10 faiz azaldılmaqla, 12 milyon avro təşkil edəcək. Daha əvvəl yerli mətbuat tərəflərin razılığa gələ bilmədiklərini və təcrübəli oyunçunun klubu tərk etməsinin mümkünlüyünü yazıb.

Ramos "Real"da 2005-ci ildən forma geyinir. O, 5 qat İspaniya çempionluğu, 2 dəfə ölkə kuboku, 4 dəfə İspaniya Super Kuboku, 4 dəfə Çempionlar Liqası və klublararası dünya çempionluğu, habelə 3 dəfə UEFA Super Kuboku əldə edib. Ramos bu mövsüm müxtəlif turnirlərdə 18 oyuna 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR