"Real" Rudi Fernandesin müqaviləsini yeniləyəcək

"Real" Rudi Fernandeslə müqavilə yeniləmək niyyətindədi.

"Eurohoops"un xəbərinə görə, tərəflər arasında danışıqlara start verilib. "Danışıqlar aparırıq və gedişatdan razıyam", - deyə Fernandes bildirib.

34 yaşlı basketbolçunun Madrid klubu ilə olan müqaviləsi 2019-20 mövsümünün sonunda başa çatır.

Fernandes cari Avroliqa mövsümündə 7,2 xal, 2,3 ribaund və 2,0 assist ortalamaları ilə oynayır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR