"Real" "yapon Messi"ni transfer etdi

"Real" növbəti transferini həyata keçirib.

Madrid klubu Takefusa Kubonu heyətinə qatıb. Növbəti mövsümdən etibarən o, "Real"ın rezerv komandası olan "Kastilya"da çıxış edəcək.

18 yaşlı futbolçu 2011-2015-ci illərdə "Barselona" akademiyasında futbolun sirlərini öyrənib. Katalon klubunun yaşı 18-dək olan oyunçuların transferində qaydaları pozması ortaya çıxdıqdan sonra Kubo vətəni Yaponiyaya qayıtmalı olmuşdu.

"Yapon Messi" adlandırılan Kubonun yenidən "Barselona"ya qayıdacağı gözlənilsə də, "blauqrana" rəhbərliyi onun transferindən imtina edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR