"Real" Yoviçdən imtina edib

"Ayntraxt"ın hücumçusu Luka Yoviçin "Real"a transferi baş tutmayıb.

Bu barədə "El Chiringuito" verilişinin aparıcısı, jurnalist Jozep Pedrerol məlumat yayıb. Onun sözlərinə görə, "Real" transfer məbləğinin yüksək olması səbəbindən Yoviçin transferindən imtina edib. "Ayntraxt"ın serb forvard qarşılığında 100 milyon avro tələb etdiyi bildirilir.

Yoviçin adı hazırda "Barselona" ilə birlikdə hallanır.

Qeyd edək ki, daha əvvəl "Real"ın Yoviçi 60 milyon avro qarşılığında heyətinə qatdığına dair xəbərlər yayılmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR