"Real" - "Yuventus" maçının baş hakimi ölümlə hədələndi - FOTOLAR

"Real" - "Yuventus" matçının son dəqiqəsində madridlilərin lehinə penalti qərarı çıxarmaqla oyuna damğasını vuran ünlü hakim Maykl Oliver və onun həyat yoldaşı ölümlə hədələnib.
 
Sport7.az xəbər verir ki, referinin həyat yoldaşına anonim şəkildə göndərilən ölüm hədəsi ilə dolu mesahjlara görə polis araşdırmalara başlayıb. Həyat yoldaşı kimi hakim olan Lusi Oliver İngiltərənin Qadınlar Super Liqasında vəzifəsini icra edir. 
 
Sosial mediada Lusinin cib telefonun nömrəsi naməlum şəxs tərəfindən yayımlanıb. Bunun ardından Oliverə hədə mesajları göndərilməyə başlayıb. İngilis polisi araşdırmalarla bağlı ilk tədbir kimi Lusinin cib telefonu ilə əlaqələrə qadağa qoyub. Oliverin sosial şəbəkədəki hesabı isə müvəqqəti olaraq nəzarətə götürülüb. Cib telefonuna gələn mesajlarda nə yazıldığı açıqlanmasa da sosial şəbəkədə ona ünvanlanan yazılar işin ciddiliyini ortaya qoyur.
 
Onlardan bəziləri aşağıdakı kimidi:
 
"Axmaq q.... Ərin də sənin kimi qorxuncdu"
 
"Lənətə gəlmiş həyat yoldaşını döyəcəyik"
 
"Öləcəksən və ərin də bir p...x parçasıdı"
 
Bu arada sabiq futbolçu və şərhçi Hari Lineker, mübahisələrin təhlükəli həddə çatdığını bildirərək, Canluici Buffonun ictimaiyyət önündə üzr istəməsini və durumu düzəltməsinin vacibliyini bildirib.
 


 
Sport7.az

Xəbər lenti