"Real"a 1, "Mançester Siti"yə 2 qol yetdi"

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub.

Sport7.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub. İspaniya "Real Madrid"i İtaliyada "Atalanta" ilə üz-üzə gəlib. Görüş "kral klubu"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. 
 
Digər matçda isə Almaniyanın "Borussiya" (Mönhenqladbax) və İngiltərənin "Mançester Siti" klubları qarşılaşıblar. Pandemiya ilə bağlı səyahət məhdudiyyətləri səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən oyunda "şəhərlilər" 2:0 hesablı qələbə qazanıb. 

Bu komandalar arasında cavab matçları martın 17-də olacaq.

Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar

24:00. "Atalanta" (İtaliya) - "Real Madrid" (İspaniya) - 0:1
(Ferlan Mendi, 86)

24:00. "Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə) - 0:2
(Bernardu Silva, 29, Qabriel Jezus, 65)
 
1/8 finalın əvvəlki görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
 
"Barselona" - PSJ 1:4
"Leypsiq" - "Liverpul" 0:2
"Portu" - "Yuventus" 2:1
"Sevilya" - "Borussiya" (Dortmund) 2:3
"Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə) - 0:1
"Latsio" (İtaliya) - "Bavariya" (Almaniya) - 1:4
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR