"Real"da maaşlar azaldıldı

"Real"ın basketbol və futbol komandalarının üzvləri, o cümlədən texniki əməkdaşların maaşlarının endirilməsinə razılıq verib.
 
Sport7.az xəbər verir ki, koronavirusla əlaqədar oyunçular və digər işçilərlə aparılan danışıqlarda 2019/2020 mövsümündə maaşların 10-20 faizinin azaldılamsı ilə bağlı razılıq əldə olunub. 
 
Bu durumla əlaqədar klub əməkdaşlarının hamısının işlərinə davam edə bilməsi üçün basketbol və futbol üzrə "Real"ın əsas komandalarının üzvlərinin maaşlarının mövsümün sonuna qədər 10-20 faiz azaldılmasına razılıq verdikləri bildirilib. 
 
İspaniyada geniş yayılmış COVİD-19-a əlaqədar La Liqa və aşağı dəstənin bir neçə təmsilçisi bəzi əməkdaşlarını işdən azad etmişdi. Bununla yanaşı "Barselona" və "Atletiko" rəhbərliyi əsas komandanın üzvlərinin maaşlarında endirim etməyə qərar vermişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR