"Real"da oynamış yeganə isveçli futbolçu vəfat etdi

İsveç millisinin və "Real"ın sabiq futbolçusu Agne Simonsson dünyasını dəyişib. 

Sport7.az xəbər verir ki, bu haqda İsveç Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Keçmiş hücumçu 85 yaşında vəfat edib. 

Simonsson yığmanın heyətində 51 matç keçirib və 27 qol vurub. 1960 - 1963-cü illərdə "Real Madrid"in formasını geyinmiş oyunçu indiyədək Madrid təmsilçisində çıxış etmiş yeganə isveçlidir.
 
O, 1958-ci il dünya çempionatının finalında Braziliyaya 2:5 hesabı ilə uduzduqları matçda qol vura bilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR