"Real"da zədə - 1 ay oynamayacaq

İspaniya La Liqasının 7-ci turunda "Barselona" ilə matçda zədələnən "Real"ın futbolçusu Naço Fernandesin durumuna aydınlıq gəlib.

Sport7.az xəbər verir ki, 30 yaşlı müdafiəçinin təxminən bir ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

"Nou Kamp"da baş tutan El-Klasiko "Real"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Naço Fernandes ilk hissədə xəsarət alıb və 43-cü dəqiqədə əvəzlənib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR