"Real"dan 140 milyonluq müqavilə

Yeni mövsümün əvvəlində Madrid "Real"ı "Adidas"la 10 illik sponsorluq müqaviləsi imzalayacaq. Sport7.az xəbər verir ki, bu iddia ilə İspaniya mətbuatı çıxış edib.

Mənbədə bildirilir ki, dünyanın ən çox gəlir gətirən klubunun imzalayacağı sponsorluq müqaviləsinin 10 illik dəyəri 140 milyon avroya bərabərdi. Məsələ rəsmiləşəyi halda "Real" dünyanın ən bahalı formasına sahib olacaq.

Buna qədər "Mançester Yunayted" 2014-2025-ci illər arası üçün eyni firma ilə 98 milyonluq müqavilə imzalamışdı. "Real"ın əzəli rəqibi "Barselona"nın isə NİKE firması ilə bağladığı sponsorluq müqaviləsinin dəyəri 32 milyon avrodu. Maraqlıdı ki, "Adidas" "Bavariya" ilə 15 illik sponsorluq üçün Münhen təmsilçisinə 80 milyon ödəyib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR