"Real"dan "Bavariya"ya transfer

"Real"ın sağ cinah müdafiəçisi Alvaro Odriosola karyerasını "Bavariya"da davam etdirəcək.

"Bavariya" Odriosolanı mövsümün sonuna kimi icarəyə götürüb. Tibbi müayinədən uğurla keçən 24 yaşlı futbolçu komandanın bugünkü məşqində iştirak edəcək.

Son xəbərlərə görə, Münhen klubu müddətin tamamında Odriosolanın transfer haqlarını ələ keçirmək hüququna sahib deyil.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR