İspaniyanın "Real” komandası ilin ilk transferini
gerçəkləşdirib.
Sport7.az xəbər verir ki, 19 yaşlı müdafiəçi Braim
Dias bundan sonra "ağ şimşəklər”in heyətində çıxış edəcək.
Transferin məbləği 15 milyon avrodur və bonusların
sayəsində daha 7,5 milyon avro arta bilər.
"Malaqa”nın yetirməsi olan Dias müqavilə ilə "Mançester
Siti”yə məxsus idi. Lakin bu mövsüm gənc futbolçu meydana çıxmayıb.