"Real"dan inamlı, "Mançester Siti"dən çətin qələbə - VİDEO

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Sport7.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
 
"Real" İspaniyada "Liverpul"u qəbul edib. Matç "Real"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Digər görüşdə isə Dortmund "Borussiya"sı səfərdə "Mançester Siti"nin qonağı olub. Bu qarşılaşmada isə ingilislər 2:1 hesablı qələbəyə sevinib. 

Bu komandaların cavab oyunları aprelin 14-də olacaq.

Çempionlar Liqası, 1/4 final, ilk oyunlar

23:00. "Real" - "Liverpul" (İngiltərə) - 3:1
(Vinisius, 27, 65, Asensio, 36 - Salah, 51)
  
 
23:00. "Mançester Siti" - "Borussiya" (Almaniya) - 1:0
(Kevin De Brüne, 19 - Marko Roys, 84) 
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR