"Real"dan növbəti transfer - RƏSMİ

"Real" "Lion"un müdafiəçisi Ferlan Mendini transfer edib. Klub saytında bu barədə məlumat yerləşdirilib.

23 yaşlı futbolçunun müqaviləsi 2025-ci ilin yayına qədər olan periodu əhatə edir. Mendinin təqdimat mərasimi 19 iyunda Bakı vaxtı ilə saat 15:00-da "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

"Lion" tərəfi transfer qarşılığında "Real"ın 48 milyon avro ödədiyini açıqlayıb. Həmçinin 5 milyon avro dəyərində bonuslar da nəzərdə tutulub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR