"Real"ı "Atletiko"ya dəyişir - 40 milyon avro

"Real"ın yarımmüdafiəçisi Markos Lyorente "Atletiko"ya keçmək üzrədi.

Klublar arasındakı danışıqlar yekun mərhələyə qədəm qoyub. COPE-nin məlumatına görə, "Atletiko" Lyorenteyə görə "Real"a 40 milyon avro ödəyəcək. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacağı bildirilir.

Lyorente iki mövsüm ərzində "Real" forması ilə La Liqada 20 matçda meydana çıxıb və hansısa məhsuldar göstərici ilə yadda qalmayıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR