"Real"ın daha bir sabiq prezidenti koronavirusa yoluxdu

"Real"ın sabiq prezidenti Fernando Martin Alvares koronavirusa yoluxub.

Sport7.az xəbər verir ki, bu haqda ispan mətbuatı yazıb. Məlumata görə 72 yaşlı biznesmen Madrid xəstəxanalarından birinin intensiv terapiya şöbəsinə yerləşdirilib. 

Alvares 2016-cı ilin fevralında Florentino Peresin istefasından sonra klubun müvəqqəti prezidenti təyin olunub.

Bir neçə gün əvvəl koronavirus infeksiyasından "Real"ın daha bir prezidenti Lorenzo Sans 76 yaşında vəfat edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR