"Real" Eden Azarın transferini açıqlamaq üçün Bakıdakı finalı gözləyir

"Çelsi"nin yarımmüdafiəçisi Eden Azar karyerasını "Real"da davam etdirəcək.

"L'Equipe" nəşrinin məlumatına görə, "Real" bir neçə həftə əvvəl "Çelsi" ilə razılıq əldə edib və belçikalı futbolçu ilə müqavilənin şəxsi detallarını razılaşdırıb. Transfer 29 maydan sonra rəsmən elan olunacaq. Sözügedən tarixdə "zadəganlar" Avropa Liqasının finalında "Arsenal" ilə qarşılaşacaq.

Keçidin "Real"a təxminən 100 milyon avroya başa gəldiyi bildirilir.

Cari mövsümdə Premyer Liqada 37 matçda meydana çıxan Eden Azarın aktivində 16 qol, 15 məhsuldar ötürmə var.
 
Qeyd edək ki, "Çelsi" və "Arsenal" arasında oynanılacaq Avropa Liqası finalına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR