"Real"ın əfsanəsi də koronavirusa yoluxdu

İspaniya millisinin və "Real"ın sabiq futbolçusu Raul Qonsalesdə koronavirus aşkarlanıb.

Sport7.az xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb. Hazırda "Kral klubu"nun ikinci komandası olan "Kastilya"ya başçılıq edən veteran hücumçu karantinə alınıb.

44 yaşlı mütəxəssisin xəstəliyi simptomsuz keçirdiyi bildirilib. O, Sequnda B-də "Xetafe"nin əvəzedici komandası ilə oyun zamanı texniki zonada yer almayacaq.

1994-2010-cu illərdə "Real" formasını geyinmiş əfsanəvi forvard 550 oyunda 228 qol vurub. İspaniya yığmasında 102 matç keçirmiş hücumçu 44 dəfə fərqlənib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR