"Real"ın futbolçusu paytaxt təmsilçisinə transfer ola bilər

"Real”ın futbolçusu Luka Yoviç karyerasını İtaliyada davam etdirə bilər.

Sport7.az xəbər verir ki, hücumçu axtarışında olan "Roma” forvardın xidmətində maraqlıdır. "Napoli”nin oyunçusu Arkadiuş Miliki transfer etməkdə çətinliklə üzləşən "canavarlar” ona alternativ tapıb. Klub rəhbərliyi artıq Luka ilə bağlı danışıqlara start verib.

"Real” rəhbərliyi də futbolçunu satmağa razıdır. Çünki transferi uğursuz sayılan Yoviç ümidləri doğrulda bilməyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR