"Real"ın futbolçusuna təklif var

"Milan" "Real"ın futbolçusuna göz dikib. 

Sport7.az xəbər verir ki, "rossoniyerlər" Madrid klubunun yarımmüdafiəçisi Luka Modriçə "elçi düşüb". 

İtaliya klubu yayda "Real"ı tərk edəcəyi gözlənilər 31 yaşlı xorvatiyalı futbolçuya uzun müddətli müqavilə və yaxşı maaş təklif edir.
 
Qeyd edək ki, Modriç "Real"a 2012-ci ildə "Tottenhem"dən 30 milyon avroya transfer olunub. O, La Liqada cari mövsümdə 36 rəsmi oyuna çıxıb və 1 qol vurub.
 
Sport7.az

Xəbər lenti