"Real"ın hücumçusu uzunmüdətli zədəsini sağaltdı

"Real"ın uzun müddətdi meydana çıxa bilməyən futbolçusu Marko Assensio zədəsini sağaldıb. 
 
Sport7.az xəbər verir ki, bu haqda "Marka" nəşri yazıb. Ötən ilin yayında zədələnən 24 yaşlı hücumçu artıq komandanın sıralarına qayıdıb. Bu ilin fevralında zədələnən Eden Azar da futbolsuz günləri geridə qoyub. 
 
Asensio Beynəlxalq Çempionlar Kubokunda İngiltərə təmsilçisi "Arsenal"la matçda zədə almışdı. Dizindəki xaçvari bağları qırılan futbolçu uzun müddət yaşıl meydanlara çıxa bilməmişdi.
 
Martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR