"Real"ın müdafiəçisi üçün iki seçim - ya həbs, ya da cərimə

"Real"ın və Braziliya yığmasının futbolçusu Marselo vergidən yayındığına görə cərimələnib.

Sport7.az xəbər verir ki, İpsaniya məhkəməsi 30 yaşlı müdafiəçiyə 4 aylıq şərti həbs və pul cəzası kəsib.

Məhkəmə ilə razılığa gələn Marselo cərimə olaraq 196 min avro ödəyəcək. Ölkə qanunlarına əsasən, oyunçu həbs cəzasını pul ödəməklə bağlaya bilər. Beləliklə o, İspaniya hökümətinə 800 min avro ödəməyə məcbur olacaq.

İspaniya höküməti vergi borcuna görə Lionel Messi, Kristiano Ronaldo və portuqaliyalı baş məşqçi Joze Mourinyonu da cərimələyib.
 
Sport7.az

Xəbər lenti