"Real"ın sabiq futbolçusu öldü

"Real"ın sabiq futbolçusu Qreqorio Benito dünyasını dəyişib.

Sport7.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda klub prezidenti və idarə heyəti klubun əfsanələrindən biri olan Benitonun vəfatından dərin təəssüf hissi keçirdiyi bildirilib.

Benito 1966-1982-ci illərdə "Real Madrid”də çıxış edib. Sabiq mərkəz müdafiəçisi komanda ilə 6 dəfə La Liqanın, 5 dəfə isə İspaniya Kubokunun qalibi olub. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR