"Real"ın sabiq prezidenti də koronavirusa yoluxdu

Madrid "Real"ının sabiq prezidenti Lorenzo Sans koronavirusa yoluxub.
 
Sport7.az xəbər verir ki, 76 yaşlı funksionerin virus testinin nəticəsinin müsbət, durumunun ağır olduğu bildirilib. 1995-2005-ci illər aralığında "Real"ın prezidenti olmuş Sanzın müalicəsi reanimasiya şəraitində aparılır. 
 
Prezidentliyi dönəmində 2-si Çempionlar Liqasının olmaqla "Real"a 6 kubok qazandıran Sanz, sonuncu dəfə 2010-cu ildə sahib olduğu "Kosta Del Sol" klubunu qətərli sponsorlara satmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR