"Real”ın futbolçusu Marselo karyerasını Fransa Liqa1-də davam etdirə bilər.
Sport7.az xəbər verir ki, "Monako” braziliyalı müdafiəçini heyətinə qatmaq istəyir. "Knyazlıq klubu” cənubi amerikalıya 3 illik müqavilə təklif etməyi planlaşdırır. 33 yaşlı müdafiəçi "Monako”ya keçsə, maaşının azalmasına razı olmalıdır.
Marselo "Real”da ilə 9 milyon avro qazanır. Monakolular isə yalnız 6 milyon ödəməyə hazırdır. Lakin müqavilənin uzunmüddətli olması braziliyalını qazancın azlığı ilə də kifayətlənməyə sövq edir.
Marselo cari mövsüm "Real”da cəmi 7 oyun keçirib.
Sport7.az