"Real"ın stadionunun yeni adı bəlli oldu - FOTOLAR

"Real"ın ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunun yeni adı bəlli olub.

Sport7.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubunun prezidenti Florentino Peres əfsanəvi stadionun yeni adının "IPIC Bernabeu"
və ya "Cepsa Bernabeu" olacağını bildirib.

Birləşmiş Ərəb Əmirliyinin beynəlxalq neft şirkəti olan IPIC-la "Real" arasında bu ilin oktyabr ayında sponsorluq müqaviləsi imzalandığı bildirilib. Sözügedən şirkətin "Santyaqo Bernabeu" stadionun da sponsoru olacağı qeyd olunub.


Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR