"Real"lılar yeni mövsümə hazırdı (VİDEO)

"Real Madrid"in Azərbaycandakı yeganə və rəsmi fan-klubu "Pena Baku" yeni mövsümə özlərinə məxsus start verib. 

Sport7.az xəbər verir ki, bu barədə saytımıza fan-klubdan məlumat verilib. 

Fan-klubun onurğa sütununu təşkil edən bir neçə üzv yeni mövsüm formaları ilə kamera qarşısına keçərək video çarx hazırlayıblar. Çarx "Real Madrid"in Çempionlar Liqasında ilk tur oyunundan əvvəl fan-klubun sosial şəbəkə hesablarında paylaşılıb. İlk oyunun nəticəsi ürəkaçan olmasa da, onlar komandalarına dəstəyini məhz belə nümayiş etdiriblər.
 
Qeyd edək ki, layihənin rəhbəri "Pena Baku"nun media meneceri Rəfiqə Əziz, operatoru isə videoqraf Abakar Məmmədhacıyevdir. 
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR