Rəcəbov finalda uduzdu

Rəcəbov finalda uduzdu

Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən şahmat üzrə dünya kuboku başa çatıb.

Sport7.az xəbər verir ki, həlledici qarşılaşmada Azərbaycan şahmatçısı Teymur Rəcəbov və çinli Dinq Liren üz-üzə gəlib.

Görüş rəqibin qələbəsi ilə bitib. İlk görüş heç-heçə yekunlaşdığı üçün Liren ümumi hesabda önə keçib - 1,5:0,5. 

Reqlamentə əsasən, finalçılar hər gündə bir dəfə olmaqla, daha 2 partiya oynayacaqlar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR