Rəfael Ağayevin yubileyinə həsr olunmuş yarışa start verildi

Rəfael Ağayevin yubileyinə həsr olunmuş yarışa start verildi

5-8 Mart tarixlərində paytaxtın Boks İdman Mərkəzində 11-ci "Baku Open" Beynəlxalq Karate Turniri başlanıb.

Sport7.az xəbər verir ki, turnir dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-20 yaşlı gənclər, böyüklər və veteran karateçilər iştirak edirlər.
 
Fərdi və komanda yarışlarında Türkiyə, Malayziya, Misir, Gürcüsütan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edir. dünən böyüklər və veteranlar, bu gün 16-17 yaşlı və 18-21 yaşlı gənclər, sabah 14-15 yaşlı yeniyetmələr, bazar ügünü isə 613 yaşadək uşaqlar mübarizə aparacaq.

Yarışın təntənəli açılış mərasimi bu gün saat 17:00-da olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR