"Rəhbərlik tapşırıq verib ki, məşqlərə buraxılmasın" - "Neftçi" rəsmisi

AFFA U-19-un iki üzvünün millidən qovulması iə bağlı qərar verib. Onlardan biri "Neftçi"nin qapıçısı Elnur Hüseynovdu. Gənc qolkiperin siqaretə qurşanıb karyerasını sual altına salması bir kənara. Bəs "Neftçi" onunla bağlı hansı qərarı qəbul edəcək? Bu sualımıza cavabı klubun mətbuat katibi Rüstəm Allahverdiyevdən aldıq.

Rüstəm bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "AFFA-dan bununla bağlı kluba məlumat verilib. Rəhbərlik artıq məşqçilər korpusuna tapşırıq verib ki, həmin futbolçu məşqlərə buraxılmasın. Komanda Antalyadan qayıtdıqdan sonra futbolçunun gələcək karyerası ilə bağlı qərar veriləcək. Bu haqda ictimaiyyət də məlumatlandırılacaq".

Allahverdiyev həmin futbolçunun əvvəllər də bir neçə dəfə intizamsızlıq etdiyini bildirdi: "Futbolçunun siqaret çəkməsindən xəbərimiz olmayıb. Amma bir neçə dəfə intizamsızlığına görə məşqçilər tərəfindən cəzlandırılıb, daha sonra üzr istəyib və bağışlanıb. Yəqin ki, bu dəfə kəskin qərar olacaq".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR