"Reno" "Formula 1"-də qalır

"Formula 1"-də iştirakını davam etdirəcəyi dəqiqləşən "Reno" 15 min işçisini ixtisar edib.

Sport7.az xəbər verir ki, GrandPx.news məlumat yayıb. 
 
Xəbərə görə, ixtisarlar işdən çıxarılmar əsasında baş tutmayıb. Sadəcə, təqaüdə çıxan əməkdaşların əksəriyyətinin pozisiyaları ləğv edilib. Beləcə, "Reno" növbəti üç il ərzində 2 milyard avro qənaət edə biləcək.

"Reno"nun baş direktoru Klotilda Delbo bildirib: "Formula 1"-ə sadiq olduğumuzu açıq şəkildə bəyan edirik. Aşağı büdcə məhdudiyyətləri ilə bağlı maliyyə qaydalarına edilən düzəlişlər bizim xeyrimizə olacaq. Bu səbəbdən də "Formula 1"-də qalmaq qərarına gəldik".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR