"Rəqib bizə oynamağa imkan vermirdi" - Millimizin baş məşqçisi

Qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Xomutov şəhərində keçirilmiş Çexiya – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Siyasət Əsgərov fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Təxminən eyni gücdə olan iki rəqiblə oyun keçirdik. Bu cür komandalara qarşı oynamaq fiziki güc tələb edir. Pandemiya ilə əlaqədar oyunlara bir ay qalmış məşqlərə başlamışıq. Belə rəqiblərlə oyunlarda hücuma çıxmaq çox çətindir. Çünki rəqib bizə oynamağa imkan vermirdi. Bu cür oyunlarda xarakter nümayiş etdirmək lazımdır. Komandam hər iki oyunda məğlub olmasına baxmayaraq, xarakter nümayiş etdirdi”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR