"Rəqibin təsiri ilə səhvlər buraxdıq" - Alleqri

Çempionlar Liqasının 1/8 final mərhələsində "Yuventus" "Tottenhem" ilə 2:2 hesablı sülh bağlayıb. 

Sport7.az xəbər verir ki, "Goca sinyora"nın baş məşqçisi Massimiliano Alleqri matç haqda fikirlərini səsləndirib. 

"Yaxşı oyun idi. Qonaqların təsiri ilə bir neçə səhvlər buraxdıq. Buffon yaxşı qurtarışlar elədi. Hesabı 3:0 edə bilərdik. Birinci hissənin sonunda penaltini gerçəkləşdirə bilmədik. Çətinliklər oldu. Cavab oyunu asan olmayacaq, lakin mərhələni adlamağa çalışacağıq", deyə mütəxəssis "Football İtalia"ya açıqlamasında bildirib. 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu 7 martda Londonda baş tutacaq. 
 
Sport7.az

Xəbər lenti