Rəşad Məmmədov: "Finala çıxmaq yolunda mükafat olacaq"

Rəşad Məmmədov:
Son vaxtlar Premyer Liqada kifayət qədər yaxşı nəticələr göstərən "Sumqayıt"ın kubokda finala çıxmaq şansları da qalmaqdadı.

Təbii ki, bunun üçün sabah "Gənclik şəhəri" təmsilçisi kubokun ilk matçında 0:1 hesabı ilə yenildiyi "Keşlə"ni mübarizədən kənarlaşdırmalıdı. Bəs komanda oyuna necə hazırlaşıb, itkilər varmı?

Hazırlıqlarla bağlı öyrənmək üçün "Sumqayıt"ın mətbuat Katibi Rəşad Məmmədovla danışdıq. Rəşad bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"Hazırlıqlarımız normaldı. Komanda hazırda iclasdadı. Birazdan məşqə çıxacaqlar. Oyunöncəsi məşq keçiriləcək. Zədələr can sıxır. Məsələn sabah Vurğun və Rail, böyük ehtimalla oynamayacaq. Üstəlik 2-3 nəfərdə xırda zədələr də var. Amma onlar üçün yəqin ki, problem yoxdu, həkimlər çatdırmağa çalışırlar. Vurğunla Railin olmaması böyük itkidi. Özümüz də çalışırıq. Şəhərdə təbliğatyönlü tədbirlər həyata keçiririk. Azarkeşlərə ehtiyacımız var. Ümid edirik ki, sabah dolu tribunalar önündə, rəqibi anşlaqla qarşılayacağıq. İnşallah normal nəticə qazanıb finala çıxmaq istəyirik.

Komandada ab-hava yüksək səviyyədədi. Düzdü ilk oyunda məğlubiyyət olub. Amma futboldu, 2-3 gün əvvəl çempionatda qələbə qazandıq. Bunun da təsiri var. Məşqçi heyəti, əsas da Samir Abasov əlindən gələni edir ki, ab-hava pik nöqtədə olsun ki, oyuna hazır vəziyyətdə çıxsınlar. 

Bizdə, hər-hansı rəqiblə oyundan asılı olmayaraq, heç-heçə və ya qələbəyə görə müəyyən mükafat sistemi var. Bu rəhbərliyə aid məsələdi, amma yəqin ki, finala çıxmaq yolunda mükafat olacaq".

Sport7.az

Xəbər lenti