Rəşad Sadıqov:

Rəşad Sadıqov: "Bir xalı qənaətbəxş sayıram"

"Futbolçularıma təşəkkür edirəm. Xeyli problemə rəğmən sonadək mübarizə apardıq".

Sport7.az xəbər verir ki, bu fikirləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov səfərdə "Səbail"lə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, ilk hissədə komandasının üstünlüyü daha qabarıq görünürdü: "Fasilədən sonra isə təşəbbüs gah bu, gah da digər komandanın tərəfinə keçirdi. Bir xala üzülmürük, bunu qənaətbəxş sayıram".

Sadıqov futbolçularına götərilən sarı vərəqələr barədə danışmaq istəmədiyini söyləyib: "Həmin epizodlarda etiraz etdik. Amma şərh vermək istəmirəm".

Baş məşqçi gənc müdafiəçi Cəlal Hüseynovun çıxışına da toxunub: "Onun oyunu bizi sevindirir. Cari mövsümdə yetərincə şans qazanır. Mövqeyi səhv etməyə imkan vermir. Çalışıram ki inkişafdan geri qalmasın".

Sadıqovun sözlərinə görə, daha keyfiyyətli futbol oynamaq üçün yaxşı futbolçu lazımdır: "Futbolçu özü yetişmir, onları yetişdirmək lazımdır. 90 dəqiqə yüksək tempdə oynamaq üçün buna pillə-pillə gəlmək lazımdır. Futbolçu 60 dəqiqədən sonra yorulubsa, bu, iki səbəbdən ola bilər: ya fizikası zəifdir, ya da onu məşqdə yükləmisən. Meydanda gördüyünüz 90 dəqiqə son mərhələdir. Hesab edirəm ki, mütəxəssislərimizin əlində daha geniş imkan olsa, daha böyük işlər görə bilərlər". (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR