Rəşad Sadıqov:

Rəşad Sadıqov: "Buraxdığımız ucuz qoldan sonra komanda ruhdan düşdü"

"Əvvəldən də düşündüyümüz kimi gərgin oyun alındı".

Sport7.az xəbər verir ki, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XV turunda "Qarabağ"la 1:1 hesablı heç-heçədən sonra deyib.

Matçdan sonra jurnalistlərə açıqlama verən Sadıqov fikirlərini bölüşüb: "Azarkeşlər üçün maraqlı və sürətli oyun oldu. Fasilədən sonra ilk görüş olmağına baxmayaraq, hər iki komanda çalışdı ki, keyfiyyətli oyun göstərsin. Ümumən baxımlı görüş idi. Çalışdıq ki, aradakı xal fərqini qapadaq, ancaq olmadı. Demək olar ki, "Neftçi" istədiyi nəticəni əldə etdi".

- Heç-heçəyə layiq oyun idi?

- Elə epizod var idi ki, biz fərqlənə bilərdik, elə vəziyyət də oldu ki, rəqib qola yaxın oldu. Ümumilikdə, bərabərliyi ədalətli nəticə saymaq olar.

- Oyundan əvvəlki açıqlamanızda bildirmişdiniz ki, psixoloji üstünlük rəqibin tərəfindədi. Bu, meydanda əks olundumu?

- Hiss olunurdu, "Neftçi" daha rahat oynayırdı. Biz də yaxşı başlamışdıq matça, ancaq buraxdığımız ucuz qoldan sonra komanda ruhdan düşdü. İkinci hissədə isə açıq oyun getdi. Anton qırmızı aldıqdan sonra tam üstünlük bizim tərəfimizə keçdi.

- 10 nəfər qalan rəqibə qarşı meydanda azca üstünlüyünüz olsa da, bu, hesabda əksini tapmadı...

- Alınmadı. Belə oldu.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR