Rəşad Sadıqov: "Nəticə pis deyil"

Rəşad Sadıqov:
U-21 yığmamızın Qazaxıstanla matçından sonra baş məşqçi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.
 
Sport7.az xəbər verir ki, 36 yaşlı mütəxəssis 1:1 hesabı ilə bitən matçı belə dəyərləndirib.
 
"Yaxşı oyun oldu. Hər iki komandanın ifasında baxımlı futbol izlədik. Komandalar topa daha çox nəzarət etmək istəyirdi. Qazaxıstan yığması hazırda seçmə mərhələdə yüksək yerlər uğrunda mübarizə aparır. Bizdə isə fərqli məqsəd var. Biz yeni komanda qururuq. U-20 komandasından 7 nəfəri bu gün start heyətində meydana buraxdıq. Renat Dadaşov hələ hazır deyil. Son vaxtlar yalnız fərdi məşqlər edib. İstəyirdim ki, bizimlə birgə olsun, komandanı hiss etsin. Ona görə də meydana buraxdım. Ümumiyyətlə, futbolçulardan razı qaldım. Meydanda çox çalışdılar. Verilən tapşırıqları yerinə yetirmək istəyirdilər. Səfərdə oynayırdıq və nəticə də pis deyil”.
 
Sport7.az

Xəbər lenti