Rəşad Sadıqov qəzaya düşdü

Rəşad Sadıqov qəzaya düşdü
"Qarabağ”ın kapitanı Rəşad Sadıqov avtomobili ilə qəza törədib. 
 
Sport7.az xəbər verir ki, Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov "Neftçi” ilə oyundan qayıdarkən qəza törədib.

"Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Sadıqov Binə yolunda idarəetməni itirərək avtomobili yolun kənarındakı maneə dirəyinə çırpıb. Qəza zamanı təcrübəli müdafiəçinin "Range Rover” markalı maşını əzilsə də, xoşbəxtlikdən özü ciddi xəsarət almayıb. Hazırda onun vəziyyətinin yaxşıdır.

Qeyd edək ki, qəza ilə bağlı ilk məlumatı yenicag.az saytı yayıb.
 
Sport7.az

Xəbər lenti