Rəşad Sadıqov Totti ilə görüşdü - FOTOLAR

Rəşad Sadıqov Totti ilə görüşdü - FOTOLAR
U-20 və U-21 millimizin, "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının  baş məşqçisi Rəşad Sadıqov hazırda İtaliyadadır.

Sport7.az xəbər verir ki, o, UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində "Roma"nın düşərgəsindədir. "Qarabağ"ın kapitanı burada ötən mövsüm futbolçu karyerasını başa vuran "Roma”nın hazırkı idman direktoru Françesko Totti və komandanın hücumçusu Edin Dzeko ilə görüşüb.

Qeyd edək ki, R.Sadıqov sabah "Roma"nın "Kalyari" ilə keçirəcəyi İtaliya A Seriyasının 17-ci turunun matçını izləyəcək.
 








Sport7.az

Xəbər lenti