Rəşad Sadıqov:

Rəşad Sadıqov: "Uğurumuzu şişirtməsinlər"

Rəşad Sadıqov "Sent-Etyen"lə oyunla (1:1) bağlı fikirlərini bildirib. Sport7.az xəbər verir ki, kapitan mətbuatı uğuru şişirtməməyə çağırıb:

Ağır oyun oldu. Bu qarşılaşma Bakıdakı oyundan fərqlənirdi. Xal qazandığımız üçün çox şadam. Bu, şübhəsiz ki, ən vacib oyunlarımızdan biri idi. Əsas odu ki, buradan əliboş qayıtmırıq. Bu uğurumuzu çox şişirtməyin. "Dnepr"i səfərdə 1:0 hesabı ilə məğlub etdiyimizdə bizi çox təriflədilər. Bu da oyunumuza müəyyən formada təsir göstərdi. Təkrar oyunda istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bu səbəbdən jurnalistlər və mütəxəssislərdən istəyim budur ki, bugünkü uğurumuzu şişirtməsinlər. Bizim hələ Premyer Liqada "Simurq" və "Neftçi" ilə oyunlarımız var. Həmin matçları fikirləşirik".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR