Rəşad Sadıqovun millidə rəsmi debüt tarixi bəlli oldu

Rəşad Sadıqovun millidə rəsmi debüt tarixi bəlli oldu
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kosovo ilə keçirəcəyi səfər oyununun vaxtı və yeri müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 
 
Martın 22-də Mitrovitsa şəhərinin Adem Yaşari Olimpiya Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 

Qeyd edək ki, bu, millimizin yeni baş məşqçisi Rəşad Sadıqov üçün rəsmi debüt matçı olacaq.

Sport7.az

Xəbər lenti